image-wr-960-10backend

İran Qətərdə ABŞ bazasını vurdu

İran Amerika Birləşmiş Ştatları-nın Qətər ərazisində yerləşən “Əl-Udeyd” hərbi hava bazasına iki ədəd ballistik raket atıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Qətərin Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, ölkənin hava hücumundan müdafiə sistemləri raketlərdən birini havada zərərsizləşdirib, ikinci raket isə “Əl-Udeyd” bazasının ərazisinə düşüb.

The New York Times qəzetinin təhlil etdiyi peyk görüntülərinə əsasən, atılan raket bazada yerləşən AN/FPS-132 tipli radara tuş gəlib.

Qeyd edək ki, Doha şəhərinin cənub-qərbində yerləşən “Əl-Udeyd” ABŞ-ın Yaxın Şərq regionundakı ən böyük hərbi obyektlərindən biri hesab olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki