image-pezeskianbackend

İran Prezidenti ABŞ-ı tənqid etdi: Dünya Çempionatına ev sahibliyini siyasi alətə çevirir

İran Prezidenti Məsud Pezeşkian ABŞ hökumətini 2026-cı il FIFA Dünya Çempionatına ev sahibliyi ilə bağlı siyasətinə görə tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Pezeşkian bildirib ki, ABŞ-ın ev sahibi kimi davranışı onun xarici siyasətini xatırladır. Onun sözlərinə görə, Vaşinqton qaydaları öz maraqlarına uyğun dəyişir, rəqiblərinə təzyiq göstərir, maneələr yaradır və ədalətli rəqabət prinsiplərini pozur.

İran Prezidenti əlavə edib ki, bu yanaşma ABŞ-ın “MAGA” siyasətinin bir hissəsidir. O vurğulayıb ki, İran belə davranışları qəbul etmir və öz hüquqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki