İranın İsrailin mərkəzinə endirdiyi hücumdan sonra Təl-Əvivdə dağıntılar qeydə alınıb.
MADA tibb xidmətinin məlumatına görə, şəhərin dörd fərqli hissəsində baş verən hadisələr nəticəsində altı nəfər yüngül xəsarət alıb.
Hadisə yerlərində xilasedici və tibbi qruplar fəaliyyət göstərir, vəziyyət nəzarət altına alınmağa çalışılır.
























