İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin mayoru Əbülfəz Heydəri bu gün Sistan və Bəlucistan əyalətinin Zabol şəhərində motosikletlə hərəkət edən şəxslərin təşkil etdiyi sui-qəsd cəhdində ağır yaralanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, hücum zamanı Heydəri hədəfə alınıb və vəziyyəti kritik olaraq qiymətləndirilir. Hadisənin təfərrüatları və hücumun arxasında kimin dayandığı barədə rəsmi açıqlama hələlik verilməyib.
Hadisə İranın Pakistan və Əfqanıstanla sərhədlərinə yaxın yerləşən Sistan və Bəlucistan əyalətində baş verib. Regionda son illərdə SEPAH və təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar qeydə alınıb.
Rauf
























