İrana hücumlarla əlaqəli ölkələrdən gələn gəmilərin Hörmüz boğazından keçməsinə icazə verilməyəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Alireza Tangsiri bildirib. Onun sözlərinə görə, İran ABŞ və İsraillə əlaqəli gəmilər üçün boğazı bağlayıb.
“İrana hücum edənlərlə əlaqəli heç bir gəminin Hörmüz boğazından keçmək hüququ yoxdur. Şübhəsi olanlar bunu yoxlaya bilər”, – deyə İİKK nümayəndəsi sosial şəbəkədə qeyd edib.
Jalə
























