İran pilotsuz katerlər, gəmi əleyhinə raketlər və dəniz minalarının saxlanıldığı yeraltı tunellərə aid görüntüləri ictimaiyyətə təqdim edib.
İNFOAZ.MEDİA xəbər verir ki, yayılan kadrlarda müxtəlif tip silah sistemləri, pilotsuz dəniz vasitələri və strateji əhəmiyyətli hərbi avadanlıqların yeraltı bazalarda yerləşdirildiyi görünür. İran tərəfi bu obyektlərin ölkənin dəniz təhlükəsizliyini təmin etmək üçün yaradıldığını bildirir.
Yayımlanan görüntülərin əsas məqsədi İranın dənizdə də güclü hərbi imkanlara malik olduğunu nümayiş etdirməkdir. Xüsusilə son dövrlərdə Hörmüz boğazı ətrafında artan hərbi fəallıq fonunda bu kadrların yayılması diqqət çəkir.
Qeyd olunur ki, Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin keçdiyi strateji su yoludur və burada baş verən hər hansı gərginlik qlobal enerji bazarına ciddi təsir göstərə bilər. İranın nümayiş etdirdiyi silah sistemlərinin də məhz bu bölgədə mümkün hərbi ssenarilərə hazır olduğunu göstərdiyi bildirilir.
Orxan Məhərrəmov
Посмотреть эту публикацию в Instagram
























