Asim Munir İRANA GETDİbackend

İran Asim Münirin vasitəsilə ABŞ-la danışıqların bərpası üçün şərtlərini çatdırıb

İran danışıqlar qrupuna yaxın mənbə Pakistanın ordu komandanı Asim Münirin Tehrana səfəri zamanı ABŞ tərəfindən hər hansı təhdid gətirmədiyini, əksinə, danışıqların bərpasına çalışdığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Tasnim-in məlumatına görə, İran tərəfi Hörmüz boğazı ilə bağlı şərtlərini Münirə çatdırıb. Şərtlər arasında ABŞ-ın İslamabad razılaşmasına və onun 5-ci maddəsinə qayıtması da yer alır.

Mənbənin sözlərinə görə, Pakistanın bu şərtləri Vaşinqtona çatdırması gözlənilir.

Asim Münirin səfəri Pakistanın ABŞ və İran arasında dayandırılmış danışıqları yenidən başlatmaq səyləri çərçivəsində baş tutub. Reuters də səfər zamanı əsas müzakirə mövzularının danışıqların bərpası və Hörmüz boğazının açılması olduğunu bildirir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki