image-1365059028_cdd16100853aea8e7bb8b3997bd0d806dd8aa323backend

İran ABŞ təyyarədaşıyan gəmisinə ballistik raketlərlə hücum etdi

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Ərəbistan dənizində ABŞ dəniz qüvvələrinə qarşı genişmiqyaslı əməliyyat elan edib. İran tərəfi bildirir ki, USS Abraham Lincoln təyyarədaşıyan gəmisi dörd ballistik raketlə hədəfə alınıb. ABŞ komandanlığı isə gəminin vurulub-vurulmadığı barədə hələlik rəsmi açıqlama verməyib.

İNFOAZ.MEDİA xəbər verir ki, bununla yanaşı, Əbu-Dabidə yerləşən Camp de la Paix Fransa hərbi bazasına hücumla bağlı da məlumatlar yayılıb.

İİKK-nın baş komandanı, briqada generalı Əhməd Vəhidi bildirib ki, bölgədə istənilən “təcavüzkar qüvvə” hədəfə alınacaq. İran Müdafiə Nazirliyi isə zərbələrin elan edilmiş qisas əməliyyatının tərkib hissəsi olduğunu açıqlayıb.

Orxan Məhərrəmov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki