image-iriaf-mig-29backend

İran ABŞ bazalarını VURUR – TƏCİLİ

İran Fars körfəzində yerləşən ABŞ hərbi infrastrukturuna qarşı kütləvi hücum həyata keçirib. Qətər, Bəhreyn, Küveyt və Birləşmiş Ərəb Əmirliklərindəki strateji hədəflərə sinxron ballistik raket zərbələri endirildiyi bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, hücumdan sonra region ölkələrinin əksəriyyətində hava məkanı bağlanıb. ABŞ-ın hava bazalarına və Beşinci Donanmanın logistika mərkəzinə birbaşa zərbələr endirildiyi barədə məlumatlar yayılıb.

İran dövlət televiziyası xüsusi yayımda silahlı qüvvələrin bölgədəki Amerika bazalarına zərbələr endirdiyini açıqlayıb. Xüsusilə Bəhreyndə vəziyyətin ağır olduğu qeyd olunur. Yerli BNA agentliyi ABŞ-ın Beşinci Donanmasının texniki xidmət mərkəzinin raket hücumuna məruz qaldığını bildirib.

Bəhreyn Daxili İşlər Nazirliyi genişmiqyaslı partlayışlardan sonra təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb və vətəndaşlara yalnız zəruri hallarda əsas yollardan istifadə etməyi tövsiyə edib.

Orxan Məhərrəmov

image-71a8177afb19c3aac6673c9b6fd7cab3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki