Reuters-ə danışan yüksək vəzifəli iranlı rəsminin sözlərinə görə, Tehran ABŞ-a sülh sazişini həyata keçirmək üçün “bir neçə həftə” vaxt verir.
İNFOAZ.MEDİA xəbər verir ki, İranlı rəsmi bildirib ki, diplomatik səylər nəticə verməsə, ölkə müdafiə siyasətindən “tam hücum” siyasətinə keçəcək.
Onun sözlərinə görə, bütün İran qurumları Hörmüz boğazında və regionda gərginliyi artırmağa hazır vəziyyətə gətiriləcək.
Rəsmi həmçinin qeyd edib ki, Tehran ABŞ-ın dəniz blokadasının qeyri-müəyyən müddət davam etməsini gözləməyəcək və diplomatiya uğursuz olacağı təqdirdə blokadanı yarmaq üçün hərbi addımlar ata bilər.
Jalə
























