image-abs_gemi_1750231397_1755708265backend

İran ABŞ-a məxsus neft tankerini vurdu

İran Fars körfəzinin şimal hissəsində ABŞ-a məxsus neft tankerini hədəfə alıb.

İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr şöbəsi məlumat yayıb.

Açıqlamada bildirilir ki, hadisə bu gün səhər saatlarında baş verib. Məlumata görə, tanker Fars körfəzinin şimalında SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən vurulub və hazırda gəmidə yanğın davam edir.

SEPAH bəyan edib ki, daha əvvəl də xəbərdarlıq edildiyi kimi, müharibə şəraitində Hörmüz boğazından keçidlə bağlı qaydaların müəyyən edilməsi İran İslam Respublikasının səlahiyyətində olacaq. Bildirilib ki, bölgədə hərəkət edən bütün tərəflər bu qaydalara riayət etməlidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki