İNFOAZ.MEDİA-nın rəsmi “İnstagram” səhifəsi 400 min izləyiciyə çatdı.
İnstagram sosial şəbəkəsində fəaliyyət göstərən İNFOAZ.MEDİA-nın rəsmi səhifəsi 400 min izləyici həddini keçib. Qısa müddət ərzində gündəmin nəbzini tutan paylaşımları ilə seçilən səhifə geniş auditoriyaya çatmağı bacarıb.
Son 1 ay ərzində ümumi statistika 55 milyon baxışı ötüb. Bu göstərici sosial şəbəkə seqmentində böyük uğur kimi qiymətləndirilir və səhifənin sürətlə böyüyən media platformalarından birinə çevrildiyini göstərir.
Qeyd edək ki, “İnstagram” platformasında biznes hesablarına təqdim olunan mavi təsdiq nişanının (verification badge) əldə edilməsidə gözlənilir. Əməkdaşlarımızın bununla bağlı hazırda “Meta” şirkəti ilə danışıqlarının davam etdiyi bildirilir.
Rauf
























