NATO Türkiyənin cənubunda, Adana əyalətində yerləşən İncirlik aviabazasına əlavə “Patriot” hava hücumundan müdafiə sistemi göndərir.
İNFOAZ.MEDİA-nın məlumatına görə, Türkiyə Müdafiə Nazirliyi bildirib ki, bu addım hava məkanının və əhalinin təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. Sistem Almaniyanın Ramşteyn şəhərindəki Müttəfiq Hava Komandanlığının qərarı ilə yerləşdirilir və artıq bazada olan İspaniyaya məxsus “Patriot” kompleksini tamamlayacaq.
Xatırladaq ki, ötən həftə Malatyada da analoji sistem qurulub.
Jalə
























