image-eliyev-esas-1-660x403backend

İlham Əliyevin bu əmrinə hazır olmalıyıq!

Prezident İlham Əliyev Naxçıvana hücumla bağlı İran qarşısında açıq tələblər qoydu:

– İran Azərbaycana izahat verməli və üzr istəməlidir;

– Bu hücumu törədənlər məsuliyyətə cəlb edilməlidir;

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

O, qeyd edib ki, Bakı ilk addım kimi diplomatik yollarla lazımi addımlar atacaq. Lakin hər şey bununla yekunlaşmır. İran rejimi qarşısında iki seçim var: ya hücuma görə Azərbaycanın tələblərini qəbul etməlidir; ya da adekvat addımla üzləşəcək.

Ali Baş Komandan Silahlı Qüvvələrimizə cavab tədbirlərinin hazırlanması və həyata keçirilməsi ilə bağlı təlimat verib. Ordu bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Əliyevin əmri ilə Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr istənilən əməliyyata hazır olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki