Şimali Koreya yeni iriçaplı reaktiv raket sistemini sınaqdan keçirdibackend

Hizbullah İsraili BOMBALADI – 100 raket ATILDI

Livanda fəaliyyət göstərən Hizbullah İsrailə qarşı hərbi əməliyyatın başladığını elan edib.

İNFOAZ.MEDİA xəbər verir ki, qruplaşma tərəfindən İsrail ərazisinə doğru təxminən 100 raket buraxılıb. Raketlərin bir qismi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, bir neçə bölgədə partlayış səslərinin eşidildiyi bildirilir.

Hücum nəticəsində ölkənin şimal bölgələrində hava həyəcan siqnalları işə düşüb, sakinlər sığınacaqlara yönləndirilib.

Qeyd edək ki, Hizbullah daha əvvəl İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan etmişdi və regionda gərginliyin daha da artacağı ehtimal olunur.

Jalə

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от İNFOAZ.MEDİA (@infoaz.media)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki