Hindistan donanması Hörmüz boğazına daxil olmayacaq, lakin yaxın ərazilərdə yerləşdiriləcək.
Hindistan Oman sahillərinə hərbi gəmilər göndərərək bölgədəki ticarət gəmilərinin təhlükəsizliyini təmin etməyi hədəfləyir. Bloombergin məlumatına görə, donanma yüksək hazırlıq vəziyyətinə gətirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, Dehli bölgəyə altıdan çox gəmi, o cümlədən təchizat gəmiləri göndərib. Bu addım mülki tankerləri mümkün risklərdən qorumaq üçün profilaktik tədbir kimi qiymətləndirilir.
Donanma boğaza birbaşa daxil olmayacaq, onun şərqində mövqe tutacaq. Hindistan ümid edir ki, İran neft tankerlərinin Fars körfəzindən Oman körfəzinə sərbəst çıxışına mane olmayacaq.
Rauf
























