Taylandın Çanq May şəhərinin Çom Thonq bölgəsində AT-6 tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həyatını itirib.
İNFOAZ.MEDİA xəbər verir ki, pilotlar qəza baş verən vaxt axtarış-xilasetmə üzrə təlim-tədris tapşırığı yerinə yetiriblər.
Bildirilib ki, hadisə nəticəsində mülki şəxslər arasında xəsarət alan olmayıb, həmçinin ətraf əraziyə maddi ziyan dəyməyib.
Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.
Orxan Məhərrəmov

























