Qadın əsgərlərin bu paylaşımı gündəm oldu.
İNFOAZ.MEDİA xəbər verir ki, İranla müharibə şəraitində olan və Livanda quru əməliyyatına başlayan İsrail ordusunun qadın hərbçilərinin sosial şəbəkələrdə paylaşdıqları görüntülər müzakirələrə səbəb olub.
Sosial mediada yayılan fotolarda bəzi israilli qadın əsgərlərin qeyri-adi pozalar verməsi istifadəçilərin diqqətini çəkib.
Paylaşımlar bir sıra sosial media istifadəçiləri tərəfindən tənqid olunub. Bildirilib ki, sözügedən görüntülər hərbi intizam və ciddiliklə uyğun gəlmir. Bəzi istifadəçilər isə İsrail ordusunun belə görüntülərlə gündəmə gəlməsini ironik şərhlərlə qarşılayıblar.
Sosial şəbəkələrdə yayılan həmin paylaşımlar qısa müddətdə geniş müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Rauf



































