“Sleep and Breathing” jurnalında dərc olunmuş hərtərəfli bir araşdırma, bu günə qədər aparılan bütün klinik və təcrübi tədqiqatları bir araya gətirib.
Nəticələrə görə, həftəsonları “kompensasiyaedici yuxu” qısa müddətdə bəzi müsbət təsirlər göstərir. Həftə ərzində yuxusuz qalan insanlar həftəsonları bir az daha çox yatırlar; bu, yorğunluğu azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır və diqqətin və idrak fəaliyyətinin müvəqqəti bərpasını təmin edir. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, bu proses zamanı beyin yalnız məhdud dərəcədə yuxusuzluğun vurduğu ziyanı bərpa edə bilər.
Digər tərəfdən, kompensator yuxunun xroniki xəstəliklərə qarşı qoruyucu ola biləcəyini göstərən məlumatlar da mövcuddur. Təxminən 91.000 nəfərin iştirak etdiyi genişmiqyaslı bir araşdırma, həftə ərzində kifayət qədər yatmayan, lakin həftə sonları yuxu müddətini artıran şəxslərin ürək xəstəliyinə tutulma riskinin 20% azaldığını göstərdi. Bu qoruyucu təsirin həftə ərzində ağır yuxu çatışmazlığından əziyyət çəkənlərdə daha aydın olduğu müşahidə edildi.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























