Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, İranın Xarici İşlər Naziri Abbas Arakçı ilə telefon danışığı aparıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıq zamanı Fidan İrana atılan raketlə bağlı Türkiyənin mövqeyini çatdırıb və ölkəni regionda gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə çağırıb.
Xatırladaq ki, bu gün İrandan Türkiyəyə yönələn ballistik raket NATO hava hücumundan müdafiə sistemi tərəfindən vaxtında zərərsizləşdirilmişdi.
Rauf
























