Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib.
İNFOAZ.MEDİA bildirir ki, xəbəri Patriarxal Taxtın lokum tenensi, yepiskop Şio təsdiqləyib. Vida mərasimi 18 mart tarixində Tbilisi şəhərində yerləşən Müqəddəs Üçlük Katedralında keçiriləcək və din xadimi orada dəfn olunacaq.
Qeyd edək ki, II İlya səhhətinin ağırlaşması səbəbindən bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun şiddətli mədə qanamasından reanimasiyada olduğu bildirilirdi.
Onun ölümü ilə bağlı Gürcüstanda matəm elan edilib.
Rauf
























