Türkiyəli müğənni Gülşen Londonda verdiyi konsert zamanı səhnəyə fərqli geyimdə çıxışı ilə diqqət çəkib.
İNFOAZ.MEDİA xəbər verir ki, sənətçi konsert zamanı əsgər geyimini xatırladan səhnə kostyumu ilə çıxış edib. Qırmızı tonların üstünlük təşkil etdiyi, Türkiyə bayrağının rənglərini xatırladan geyim tamaşaçıların marağına səbəb olub və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, müğənni bu anı öz sosial media hesabında da paylaşaraq “Ne mutlu Türküm” sözlərini yazıb. Son dövrlər Yaxın Şərqdə baş verən gərgin hadisələr fonunda belə bir paylaşım izləyicilər arasında müzakirə mövzusuna çevrilib.
Jalə
Посмотреть эту публикацию в Instagram
























