“Ali’s Friends” bağçasında xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün heyvanlarla ünsiyyət və emosional əlaqənin formalaşdırılmasına yönəlmiş sosial layihə təşkil edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, bağçanın rəhbəri Çəmən Qəmbərovanın sözlərinə görə, heyvanlarla təmas uşaqlarda qorxu hissinin azalmasına, emosional rahatlığın və güvən hissinin formalaşmasına kömək edir və terapevtik təsir göstərir. Onun sözlərinə görə, bu cür görüşlər psixoloqların müşayiəti ilə keçirilir və uşaqlar üçün olduqca faydalıdır.
Ç.Qəmbərova layihənin həyata keçirilməsinə dəstək göstərən Melior Kids uşaq psixoloji mərkəzinin rəhbəri, psixoloq Fidan xanıma və valideynlərə əməkdaşlığa görə təşəkkürünü bildirib.
Təhlükəsiz və qayğıkeş mühitdə mütəxəssislərin iştirakı ilə keçirilən görüş zamanı uşaqlar oyun və təmas vasitəsilə itlərlə ünsiyyət qurub, qorxularını aşmaq istiqamətində mühüm addım ataraq onlarla daha rahat emosional bağ yarada biliblər.



























