Fransa İctimai Səhiyyə Agentliyinin məlumatlarına görə, 24-28 may tarixləri arasında Fransanı bürüyən isti hava dalğası zamanı ölkədə ən azı 300 ölüm hadisəsi baş verib.
17-30 iyun tarixləri arasında baş verən ikinci isti dalğası zamanı ölkədə əlavə 5764 ölüm hadisəsi qeydə alınıb.
Fransada 3-22 iyul tarixləri arasında baş verən isti hava dalğası zamanı əlavə 1243 ölüm hadisəsi qeydə alınıb. Qeyd olunub ki, bu ölümlərin dörddə üçünün 75 və daha yuxarı yaşda olan insanlar olduğu bildirilib.
İlin əvvəlindən bəri ölkədə həddindən artıq istilər səbəbindən 7300-dən çox ölüm hadisəsi qeydə alınıb .
İctimai Səhiyyə Agentliyi isti dalğaları zamanı baş verən “artıq ölümlərin” sayını hesablamaq üçün xüsusi bir metoddan istifadə edir.
Agentlik, isti hava dövründə baş verən ölümlərin ümumi sayından normal şəraitdə gözlənilən orta ölüm sayını çıxmaqla “artıq ölüm sayını” hesablayır.
Ölkə pandemiya və isti hava dalğaları kimi hadisələrin ictimai sağlamlığa və ölüm nisbətlərinə təsirini ölçmək üçün “artıq ölümlərin” sayını hesablayır.
Fransada bu il temperatur rekordları 1900-cü ildə qeydə alındığı vaxtdan bəri ən isti iyul ayı yaşanıb. İyul ayında orta temperatur 24,9 dərəcə Selsiyə yüksəlib.
Fransada iyul ayında 70 faiz yağıntı çatışmazlığı qeydə alınıb ki, bu da son bir ilin üçüncü ən quraq iyul ayı olub.
Mütəxəssislər rekord həddə çatan temperatur və quraqlığın meşə yanğınları riskini artırdığını bildirirlər.
Tarixinin ən pis yanğın mövsümünü yaşayan Fransada bu il 117 min hektardan çox torpaq külə çevrilib.
Şəhla Sabirli
İNFOAZ.MEDİA
























