“Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində könüllülər üçün təlim prosesi təşkil olunub.
Media nümayəndələrinə təlim prosesini yaxından izləmək və işıqlandırmaq imkanı yaradılıb.
Tədbirdə Azərbaycanda “Formula 1” üzrə Qran-prinin keçirilməsinin 10 illiyi münasibətilə könüllülük proqramının ötən illər ərzindəki inkişafı, əldə olunan nəticələr və yaradılan imkanlar barədə ətraflı məlumat verilib.
Xatırladaq ki, “Formula 1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda baş tutacaq.
























