Dünyanın ən məşhur avtomobil yarışı sayılan Formula 1-də diqqət əsasən pilotlara və komandalara yönəlsə də, yarışın düzgün və təhlükəsiz keçirilməsində FIA-nın Yarış Direktoru və Start Rəhbəri xüsusi rol oynayır.
İNFOAZ.MEDİA xəbər verir ki, bu vəzifəni daşıyan şəxs start prosesini idarə edir, təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir və bolidlərin eyni anda yarışa başlamasını təmin edir. Onun verdiyi qərarlar yarışın problemsiz başlamasına və ya gözlənilməz hadisələrin baş verməsinə təsir göstərə bilər.
Bildirilir ki, bu məsul vəzifədə çalışan şəxs ildə 300 min dollardan artıq əməkhaqqı alır. Bu isə yarışın təhlükəsiz və qaydalara uyğun təşkil olunmasına görə daşıdığı böyük məsuliyyətlə əlaqələndirilir.
Rauf
Посмотреть эту публикацию в Instagram
























