Finlandiya Prezidenti Alexander Stubb Avropanın strateji texnologiyalar sahəsində daha müstəqil olması gerektiğini bildirib. Onun sözlərinə görə, xüsusilə Avropa vətəndaşlarının şəxsi məlumatlarının Avropa İttifaqından kənarda saxlanılması narahatlıq doğurur.
İNFOAZ.MEDİA xəbər verir ki,Stubb qeyd edib ki, bu səbəbdən Avropa öz məlumat mərkəzlərini (data center) və süni intellekt fabriklərini qurmalı, vətəndaşların məlumatlarını özü idarə etməlidir.
Bununla yanaşı, Finlandiya Prezidenti vurğulayıb ki, Avropanın tam müstəqilliyi mümkün deyil. O bildirib ki, qitə gələcəkdə də Kanada, ABŞ və digər tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirməlidir.
Alexander Stubb həmçinin bildirib ki, ASML və digər texnologiya şirkətləri həm ABŞ-də, həm də Avropada texnoloji inkişafın və əməkdaşlığın gücləndirilməsində mühüm rol oynaya bilər.
Jalə
























