Ukraynanın sabiq müdafiə naziri Mixaylo Fedorov İlon Maskı ölkəsi üçün dünyanın ən mühüm texnologiya mütəxəssislərindən və sahibkarlarından biri adlandırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Fedorov bildirib ki, Mask və “SpaceX” Rusiyanın Ukrayna ərazisində qanunsuz istifadə etdiyi “Starlink” terminallarını deaktiv etdikdən sonra Ukraynanın hava hücumundan müdafiə sisteminin və aviasiyasının fəaliyyətinə mühüm dəstək göstərilib.
“Bu, mahiyyət etibarilə hava hücumundan müdafiə sistemimizi, aviasiyamızı və ümumilikdə minlərlə mülki şəxsin həyatını xilas etdi”, – Fedorov deyib.
O, Maskla daim əlaqə saxladıqlarını da bildirib. Fedorov avqustun əvvəlində də Maskla “Starlink”in Rusiya ərazisindəki hərbi hədəflərə, o cümlədən ballistik raket sistemlərinə qarşı istifadəsi ilə bağlı danışıqları davam etdirdiyini açıqlamışdı.
Jalə
























