image-c3f1459c-6858-4de5-8b02-70987fd15bbabackend

F-16 qırıcı təyyarəsi qəzaya uğradı – Cənubi Koreyada

Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcı təyyarəsi Şimali Gyeongsang əyalətinin Yeongju şəhəri yaxınlığında gecə təlimi zamanı qəzaya uğrayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Çunju bazasına təhkim olunmuş tək nəfərlik F-16C dağlıq əraziyə düşüb. Pilot katapult edərək xilas olub və vəziyyətinin təhlükəsiz olduğu bildirilib. İlkin məlumata əsasən, mülki şəxslərə ziyan dəyməyib.

Hərbi Hava Qüvvələri qəzanın səbəblərini araşdırmaq üçün xüsusi əməliyyat qrupu yaradıb, aidiyyəti qurumlar isə hadisə yerində araşdırmaları davam etdirir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki