image-untitled-1backend

“Evdən çıxa bilmirik, su 2-ci mərtəbəyə qalxır”

İNFOAZ.MEDİA redaksiyasına daxil olan müraciətə əsasən, Sabunçu rayonunun Zabrat 2 qəsəbəsi ərazisində, istixana kombinatı yaxınlığında yerləşən evlərin birində ciddi daşqın vəziyyəti yaranıb.

Sakinin bildirdiyinə görə, yağan intensiv yağışlar nəticəsində su səviyyəsi sürətlə qalxaraq artıq evin ikinci mərtəbəsinə çatıb. Hadisə səbəbindən evdə yaşayan şəxslər çıxılmaz vəziyyətdə qalıb və evdən çıxmağın mümkün olmadığı qeyd olunur.

Müraciətdə aidiyyəti qurumların əraziyə cəlb olunmasının vacibliyi vurğulanır.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от İNFOAZ.MEDİA (@infoaz.media)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki