image-pasinyan-yenibackend

Ermənistan ordusunda böhran dərinləşir: Paşinyan xüsusi qrup yaratdı

Ermənistan ordusunda intihar və nizam-intizam böhranı: Paşinyan işçi qrupu yaratdı

Ermənistan ordusunda hərbçilər arasında intihar hallarının və nizam-intizamla bağlı problemlərin qarşısının alınması məqsədilə xüsusi işçi qrupu yaradılıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə formalaşdırılan qrupun tərkibinə ölkənin əsas güc və dövlət strukturlarının rəhbərləri, eləcə də aidiyyəti qurumların nümayəndələri daxil edilib.

İşçi qrupunun əsas məqsədi orduda intihar hallarının artmasına səbəb olan amillərin araşdırılması, nizam-intizam problemlərinin aradan qaldırılması və bu istiqamətdə qabaqlayıcı tədbirlərin hazırlanmasıdır.

Qeyd edək ki, son illər Ermənistan ordusunda hərbçilər arasında intihar və digər ağır insidentlərlə bağlı məlumatların artması ciddi narahatlıq doğurur.

Şəhla Sabirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki