Ərdoğanbackend

Ərdoğan sərt danışdı: “F-16-larımız HAZIR VƏZİYYƏTDƏDİR”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə baş verən son hadisələrlə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan bildirib ki, mövcud vəziyyət nəzərə alınaraq mümkün təhlükələrə qarşı tədbirlər gücləndirilib. Onun sözlərinə görə, Türkiyənin F-16 qırıcıları erkən xəbərdarlıq və havada yanacaq doldurma təyyarələri ilə birlikdə 24 saat fasiləsiz şəkildə mümkün təhdidləri izləyir.

“Səhvdə israr etmək və ya səhvdə təkid göstərmək olmaz. F-16 qırıcılarımız hava erkən xəbərdarlıq və yanacaq doldurma təyyarələrimizlə birlikdə mümkün təhdidləri 24 saat ərzində fasiləsiz izləyir”, – deyə Ərdoğan qeyd edib.

Türkiyə lideri əlavə edib ki, edilən səmimi xəbərdarlıqlara baxmayaraq, bəzi tərəflər tərəfindən təxribatçı addımlar atılmağa davam edir.

“Səmimi xəbərdarlıqlarımıza baxmayaraq, Türkiyənin dostluğunu riskə atacaq son dərəcə yanlış və təxribatçı addımlar atılmağa davam edir”, – deyə o vurğulayıb.

Orxan Məhərrəmov

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от İNFOAZ.MEDİA (@infoaz.media)

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от İNFOAZ.MEDİA (@infoaz.media)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki