image-thumbs_b_c_f6dce6e4f62a59ade9623b3e5f38d459backend

Əraqçi : “İstənilən quru əməliyyatına qarşı hazırıq

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın mümkün quru əməliyyatına qarşı hazır olduqlarını bildirib və danışıqlarla bağlı hələlik qərar vermədiklərini deyib.

İNFOAZ.MEDİA xəbər verir ki,o bildirib ki, ABŞ Prezidenti Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffdan birbaşa mesaj alıb.Əraqçi qeyd edib ki, bu, danışıqların başlanması demək deyil:“İstənilən quru əməliyyatına qarşı hazırıq. Ümid edirik ki, düşmən belə bir səhvə yol verməz.”

Nazir əlavə edib ki, danışıqlarla bağlı hələlik qərar verilməyib. Onun sözlərinə görə, müharibənin başa çatması üçün İranın irəli sürdüyü şərtlər aydındır: hücumların təkrar olunmayacağına dair zəmanət verilməsi və dəymiş ziyanın ödənilməsi.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki