image-1769972112_1769970998_epstein-9-ht-gmh-251218-_1766081526464_hpmainbackend

Epşteynin Norfolkdakı bazaya uçuşu qalmaqal yaradıb

Böyük Britaniyanın müdafiə naziri Ben Wallace keçmiş şahzadə Endryunun maliyyəçi Ceffri Epşteyn ilə görüşləri üçün kral Hərbi Hava Qüvvələrinin bazalarından istifadə etməsini araşdırmağı tələb edib.

İNFOAZ.MEDİA xəbər verir ki, son 20 ildə Epşteynə məxsus təyyarələrin Böyük Britaniya bazalarına enməsi ilə bağlı qeydlərin tapılması üçün göstəriş verilib. Nazirlik qalmaqala aydınlıq gətirəcək məlumatları toplamağa davam edir.

Ötən həftə sabiq baş nazir Gordon Brown bildirib ki, Epşteynin Hərbi Hava Qüvvələri bazalarına göyərtəsində kimliyi bilinməyən qadınlarla enməsinə icazə verilməsi dövlət qurumlarının onun cinayətlərinə dolayısı ilə şərait yaratmış ola bilər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki