image-ispanyadaki-depremlerin-ardindan-el-hamra-sarayi-ziyarete-kisitlandi-oteller-tahliye-edildi-jsny-1backend

Əlhambra Sarayı ziyarətçilər üçün bağlandı

İspaniyanın cənubundakı Qranada əyalətində baş verən 3 yeni zəlzələlə binalara ziyan vurub.

Milli Coğrafiya İnstitutu (IGN) çərşənbə axşamı qeydə alınan zəlzələlərin hər birinin 4.0 bal gücündə olduğunu açıqladı. Əndəlüs fövqəladə hallar üzrə rəsmisi Antonio Sanz ən azı üç nəfərin yüngül xəsarət aldığını və bir uşağın xəstəxanaya aparıldığını bildirdi.

Son təkanlar şənbə günü Qranada şəhərində baş verən 5,0 bal gücündə zəlzələdən sonra baş verib.

Şənbə günü baş verən zəlzələdən sonra tarixi tikilinin zədələnmədiyi açıqlansa da, çərşənbə axşamı baş verən zəlzələlərdən sonra hakimiyyət orqanları İslam memarlığının ən vacib əsərlərindən biri olan Əlhambra Sarayı kompleksinin bəzi hissələrinə turistlərin girişini dayandırıb.

Qranada əyalət administrasiyası inzibati binaların, muzeylərin və idman qurğularının bağlandığını, vacib səhiyyə mərkəzlərinin isə açıq qalacağını açıqlayıb.

Qranada metrosu ehtiyat tədbiri olaraq qatarların sürətini saatda 30 kilometrə endirib, şəhərdəki bəzi otellər isə təxliyə edilib.

Şəhla SAbirli

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki