Əfqanıstanın Bədəxşan əyalətində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
İNFOAZ.MEDİA-nın məlumatına görə, yerli vaxtla saat 16:12-də baş verən yeraltı təkanların ocağı təxminən 67 kilometr dərinlikdə yerləşib.
Bildirilir ki, zəlzələ qonşu Özbəkistan ərazisində də hiss edilib.
Surxandərya vilayətində təkanların gücü 2 bala qədər olub.
Hadisə nəticəsində itki və dağıntılar barədə hər hansı məlumat açıqlanmayıb.
Jalə
























