trampbackend

Donald Tramp: “İrana qarşı əməliyyat planlaşdırılandan uzun çəkə bilər”

ABŞ prezidenti Donald Tramp açıqlayıb ki, İrana qarşı nəzərdə tutulan hərbi əməliyyat planlaşdırıldığı 3–4 həftədən daha uzun çəkə bilər.

İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, bu gün ABŞ hərbçiləri İranda ciddi təhdidləri aradan qaldırmaq üçün genişmiqyaslı döyüş əməliyyatlarını davam etdirirlər.

O əlavə edib ki, İran rejimi artıq Avropaya çata bilən raketlərə malik idi və yaxın gələcəkdə ABŞ ərazisinə də çata biləcək raketlər əldə edə bilərdi.

Prezident həmçinin vurğulayıb ki, İranın nüvə proqramı məhv edildikdən sonra rəsmi Tehrana xəbərdarlıq olunub ki, proqramı başqa yerdə bərpa etməyə cəhd etməsin və dağıdılmış nüvə infrastrukturu artıq istifadəyə yararsızdır.

Trump əməliyyatın əsas məqsədinin İranın hərbi və nüvə imkanlarını tamamilə məhdudlaşdırmaq olduğunu bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki