image-img_9168-768x403backend

Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA

“Dizel yanacağı bütün dünyada bir nömrədir, eləcə də Azərbaycanda da uzun illərdir, satılır. Sürücülər uzun illlərdir ki, dizel mühərrikli avtomobillərdən istifadə edirlər. Mənim də ikinci nəqliyyat vasitəm dizel mühərrikli avtomobildir və bu barədə şikayət eşitməmişəm, görməmişəm. Avtomobil satış salonlarında alıcıya dizel və ya benzin almaq kimi seçim təklifi edilə bilər, alıcı isə seçimində sərbəstdir”.

Bunu açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.

Ekspert qeyd edib ki, nəqliyyat vasitələrində istifadə olunan dizelin növ çeşidləri olmur, yanlız bir növdə olur: “Dizel bütün dünya üzrə eynidir, markalanmır. Elə eyni avtomobil modelləri var ki, onun həm benzinlə, həm də dizellə işləyən versiyası var. Dizellə işləyən həmin avtomobilin motor gücü, digər benzinlə işləyən növündən daha yüksək olması söhbəti ola bilər. Əks halda benzin dizeldən güclüdür və ya əksinə deyə bir məsələ yoxdur”.// Pravda.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki