image-fifa_top_2026-1backend

DÇ-2026: 1/4 final mərhələsinin oyunları başlayır

ABŞ, Kanada və Meksikanın birgə təşkil etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/4 final mərhələsinin ilk qarşılaşması keçiriləcək.

İNFOAZ.MEDİA xəbər verir ki, Turnirin bu mərhələsinin açılış oyununda Fransa millisi Mərakeş yığması ilə üz-üzə gələcək. ABŞ-nin Foksboro şəhərindəki Boston stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi argentinalı Fakundo Telyo olacaq.

1/4 finalın digər matçlarında İspaniya – Belçika, Norveç – İngiltərə və Argentina – İsveçrə cütləri yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da keçiriləcək final oyunu ilə başa çatacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki