Avstraliya Yaxın Şərqdə qalan vətəndaşlarına dəstək vermək üçün bölgəyə hərbi vasitələr və xüsusi böhran qrupları göndərir.
İNFOAZ.MEDİA xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albaneze açıqlayıb.
Onun sözlərinə görə, hökumət bölgəyə 6 böhrana reaksiya qrupu göndərmək qərarı verib. Baş nazir əlavə edib ki, həftənin əvvəlində fövqəladə hallar planı çərçivəsində müəyyən hərbi vasitələr də bölgəyə yola salınıb.
Lakin Albaneze hansı hərbi texnikanın göndərildiyini dəqiqləşdirməyib.
Rauf
























