image-livanbackend

Cənubi Livan sakinləri: “İsrailin məhdudiyyətləri bölgəni həbsxanaya çevirib”

Cənubi Livanda yaşayan sakinlər İsrailin bölgədə davam edən hərbi mövcudluğu və hərəkət məhdudiyyətlərinin atəşkəsə baxmayaraq ərazini “həbsxanaya” çevirdiyini bildirirlər.

İNFOAZ.MEDİA xəbər verir ki, “The Washington Post”un məlumatına görə, İsrail bölgədə bufer zonasının yaradılmasını “Hizbullah”ın infrastrukturunun sökülməsi zərurəti ilə əsaslandırır.

Bununla belə, yerli sakinlərin sözlərinə görə, məhdudiyyətlər səbəbindən bölgədə ərzaq və digər zəruri məhsulların çatışmazlığı yaranıb, qiymətlər artıb və insanlar evlərinə, eləcə də kənd təsərrüfatı sahələrinə girişdə çətinliklərlə üzləşirlər.

Sakinlər İsrail qüvvələrinin bölgədəki mövcudluğu və hərəkət məhdudiyyətlərinin gündəlik həyatlarını ciddi şəkildə çətinləşdirdiyini deyirlər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki