image-1751002192_1715434495_zelzele_1705668114-full-754x403backend

Bu ölkədə 6,6 maqnitudada zəlzələ oldu – Sunami təhlükəsi…

Cənubi Şetland adaları sahillərində 6,6 maqnitudada zəlzələ qeydə alınıb.

İNFOAZ.MEDİA report-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri təxminən 117 000 nəfər əhalisi olan Punta-Arenas (Çili) şəhərindən təxminən 1 248 km cənub-şərqdə olub.

Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki