Martın 2-də Kiprin Akrotiri bölgəsində yerləşən Britaniya Hərbi Hava Qüvvələri bazasına pilotsuz uçuş aparatı ilə hücum edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, zərbə İran istehsalı olan “Şahid” tipli dron vasitəsilə həyata keçirilib.
İnsidentdən sonra Fransa Kiprə raket əleyhinə və pilotsuz təyyarələrə qarşı müdafiə sistemləri, eləcə də hərbi freqat yerləşdirmək qərarı verib. Bu addım Britaniyaya məxsus hərbi bazaya edilən hücumdan sonra atılıb.
Nikos Xristodulides daha əvvəl açıqlamasında hücumun İrana məxsus “Şahid” pilotsuz uçuş aparatı tərəfindən törədildiyini bildirmişdi. Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir.
Rauf
























