"Bolmart"da qiymət fərqi iddiası: rəfdə başqa, kassada başqa məbləğbackend

“Bolmart”da qiymət fərqi iddiası: rəfdə başqa, kassada başqa məbləğ

Son vaxtlar bəzi supermarketlərdə məhsulların rəf qiyməti ilə kassada çıxan məbləğ arasında fərq olduğu bildirilir. İddialara görə, əksər hallarda kassada göstərilən qiymət rəfdə yazılandan daha yüksək olur.

İNFOAZ.MEDİA xəbər verir ki, alıcılardan birinin sözlərinə görə, o, bu yaxınlarda Bolmart supermarketindən alış-veriş edərkən qiymətləri müqayisə edib. Bildirilib ki, ananas məhsulunun üzərində 18,50 AZN qiymət göstərilsə də, kassada həmin məhsul 20,50 AZN olaraq hesablanıb. Beləliklə, məhsul üzrə 2 manat fərq yaranıb.

Alıcı qeyd edir ki, əgər bu cür fərq hər müştəriyə tətbiq olunarsa, ümumi məbləğ kifayət qədər böyük rəqəmlərə çata bilər. Onun sözlərinə görə, əvvəllər qiymətləri yoxlamasa da, son vaxtlar bu cür hallara görə daha diqqətli olmağa başlayıb.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Rauf

image-636650751_4081946645274116_7143391011977105772_n-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki