image-rjzfxxlxg5akaho9vfchwwoorwtnuopix5fqfw9t_1200backend

Biz məcburiyyətdən ONLARI VURDUQ – SEPAH

İran qonşu ölkələrin neft-qaz obyektlərini hədəfə almaq niyyətində olmadığını, lakin ABŞ və İsrailin martın 18-də enerji infrastrukturuna endirdiyi zərbələrdən sonra buna məcbur qaldığını açıqlayıb.

İNFOAZ.MEDİA-nın məlumatına görə, SEPAH bildirib ki, Tehran əvvəlcə müharibəni enerji sektoruna yaymaq istəməyib və qonşu ölkələrin iqtisadiyyatına zərər vurmaqdan çəkinib. Lakin hücumlar nəticəsində vəziyyət dəyişib və İran öz infrastrukturunu qorumaq üçün ABŞ-la əlaqəli enerji obyektlərinə zərbələr endirib.

Qeyd olunur ki, ABŞ və İsrailin Cənubi Pars qaz yatağına hücumundan sonra İran Bəhreyn, BƏƏ və Qətərdəki enerji obyektlərini hədəfə alıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki