Skott Bessentbackend

Bessent: İran rejimini çökdürəcəyik

ABŞ-ın maliyyə naziri Skott Bessent İrana qarşı yeni və görünməmiş sərt sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki,Bessent bildirib ki, Vaşinqtonun tətbiq edəcəyi tədbirlər nəticəsində İran iqtisadiyyatına ciddi təzyiq göstəriləcək.

“Biz tarixdəki ən sərt sanksiyaları tətbiq edəcəyik və sizə deyirəm, bu işləyəcək. Venesuelada blokada tətbiq etdikdən sonra bu, nəticə verdi. Hazırda Kubada da işləyir və İranda da işləyəcək. Biz bu rejimi çökdürəcəyik”, – Bessent deyib.

ABŞ rəsmisinin sözləri Vaşinqtonun Tehran üzərində iqtisadi təzyiqi daha da artırmağa hazırlaşdığını göstərir. Reuters-in məlumatına görə, Bessent daha əvvəl də İrana qarşı “indiyədək görülməmiş” iqtisadi tədbirlərin hazırlanacağını bildirmişdi.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki