BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində iki hərbçi həlak olub.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Ərəb dövlətinin Müdafiə Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.
Açıqlamada bildirilib ki, qəza martın 9-da hərbçilər milli vəzifələrini yerinə yetirərkən baş verib və nəticədə silahlı qüvvələrin iki üzvü həyatını itirib.
Müdafiə Nazirliyi qəzanın səbəbinin texniki nasazlıq olduğunu qeyd edib. Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Rauf
























