image-bayram-memmedov-1-701x403backend

Bayramın qardaşı da vəfat etdi: Anasını öldürmüşdü…

Avqustun 1-də anasını qətlə yetirərək həbs edilən Elvin Məmmədov dünyasını dəyişib.

O, gecə saatlarında Sabunçu xəstəxanasına gətirilib və orada ölüb.

Onun vəfatının səbəbi hələlik bilinmir.

Elvin Məmmədov “NİDA” Vətəndaş Hərəkatının üzvü olan, 2021-ci ildə İstanbulda vəfat edən Bayram Məmmədovun qardaşıdır.

Qeyd edək ki, avqust ayının 1-də Bakının Sabunçu qəsəbəsində 54 yaşlı Sevinc Şahmar qızı Məmmədova münaqişə zəminində bıçaqla qətlə yetirilib.// nocomment.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki