image-5c443b9800dd3d0ed76328a7ef12d75cbackend

Balidə daşqınlar: Yerli qurumlardan ilanlarla bağlı xəbərdarlıq

İndoneziyanın Bali adasında davam edən güclü yağışlar son 15 ilin ən ciddi daşqınlarına səbəb olub.

İNFOAZ.MEDİA xəbər verir ki, su basmış ərazilərdə, o cümlədən Denpasar və Badunq kimi turizm bölgələrində iri torlu pitonlar da daxil olmaqla ilanlar yaşayış məntəqələrinə çıxmağa başlayıb.

Aramsız yağışlar düyü tarlalarını və drenaj kanallarını su altında qoyaraq sürünənləri təbii sığınacaqlarından məhrum edib. Yerli qurumlar və mütəxəssislər sakinlərə və turistlərə xüsusilə gecə saatlarında ehtiyatlı olmağı, su basmış ərazilərdən uzaq durmağı və ilanlara yaxınlaşmamağı tövsiyə ediblər. Sosial şəbəkələrdə küçələrdə görünən böyük pitonların görüntüləri yayılıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki