Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisə Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Jalə
























